Cabbarov Ramil Şahin oğlu

e-mail: [email protected]
[email protected]

tel: (+994 12) 497 7135 (daxili 146)
Mob: (+994 55) 742 1022

1988-ci ildə Qərbi Azərbaycanın (Ermənistan) Masis rayonunun Zəngilər kəndində anadan olub.

2005-ci ildə Bakı şəhəri, Nəsimi Rzayev adına 169 saylı orta məktəbi bitirib.

2009-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının  (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bakalavr pilləsini “Marketinq” ixtisası üzrə bitirib.

2013-cü ildə Azərbaycan Kooperasiya Universitetinin “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə magistr pilləsini bitirib.

2015-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantıdır.

Türkiyənin  Boğaziçi Universiteti, Sabancı Universiteti, Özyeğin Universiteti, Okan Universiteti və Bahçeşehir Universitetlərində müxtəlif zamanlarda marketinq, marketinq araşdırmaları və idarəetmə, brend menecment, reklam, PR, şəxsi inkişaf, stress menecment, startup üzrə kurs və konfranslarda iştirak edib.  The University of British Columbia, Orta Doğu Teknik Üniversitesi tərəfindən təşkil edilən marketinq üzrə online kurslarda iştirak edib.

2016-cı ildə Türkiyənin Sakarya Universitetinin  “Eğitim Araştırma ve Uygulama” Mərkəzi tərəfindən təşkil edilən “Satış və Marketinqin idarəedilməsi” Sertifikat programını uğurla tamamlayaraq, “Uzmanlık” statusu qazanıb.

2008-ci ildən etibarən avtomobil, idman, səhiyyə, tədris, ərzaq və qeyri-ərzaq sektorları üzrə 10 şirkətdə marketinq üzrə məsul vəzifələrdə çalışıb.

2013-2014-cü illərdə Lider TV-də xarici iqtisadi xəbərlər üzrə müxbir vəzifəsində çalışıb.

2014-2016-cı illərdə UNEC-in Marketinq və Kommunukasiya Departamentində innovativ marketinq kommunikasiyaları üzrə mütəxəssis vəzifəsində çalışıb.

2015-2018-ci illərdə “Marketinq” kafedrasının, 2018-ci ilin iyul ayından isə “Biznesin idarə edilməsi” kafedrasının müəllimidir.

2016-cı ildən UNEC-in SABAH Qruplarında “Marketinq”, “Biznes və reklam” və “Kefiyyətə nəzarət”, UNEC Biznes Məktəbində “Beynəlxalq marketinq”, “Strateji marketinq”, “Kreativ sənayedə strateji marketinq”, “Rəqəmsal marketinq strategiyaları”, “Səhiyyənin marketinqi” fənlərini tədris edir.

2017-ci ildən Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində “Rəqəmsal marketinq”, “İstehlakçı davranışları” və “Strateji brend menecment” fənlərini tədris edir.

2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Tələbələr və Gənclər üzrə Daimi Şuranın üzvü seçilmişdir.

2015 ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Radio UNEC” online radiosunda “Vizyon+” verilişinin, 2018-ci ildən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə birgə yayımlanan “Export Time” verilişinin aparıcısıdır.

2015-2016-cı illlərdə UNEC-in “Keyfiyyət elçisi” olub.

2016-cı ilin sentyabr ayından 2018-ci ilin oktyabr ayınadək UNEC rektorunun köməkçisi vəzifəsində çalışıb.

2017-ci ildən UNEC Gənc Müəllimlər Şurasının üzvüdür.

2017-ci ilin oktyabr ayından UNEC-in Digital Marketinq Mərkəzinə rəhbərlik edir.

UNEC-də təşkil edilən TEDx UNEC, Science Slam, UNEC2B, Oriyentasiya günü, Azad Kitabxana kimi bir sıra layihələrin təşkilatçılarından olmuşdur.

2015-ci ildə nəşr olunan “Bu günün marketinqi bu günün yazarlarından” kitabında 4 məqaləsi dərc edilib. Azərbaycanda nəşr edilən “The Business Times” həftəlik qəzetində köşə yazarı olub. Müxtəlif mənbələrdə strateji marketinq, brend menecment, istehlakçı davranışları, reklamçılıq və digər mövzularda məqaləsi dərc edilib.

Bu günə qədər marketinq mövzusunda  300-ə qədər təlim keçib.

2017-ci ildə Microsoft tərəfindən “İnnovativ müəllim” sertifikatını qazanıb.

Amerika Marketinq Assosiyası, Beynəlxalq Sosial Marketinq Asossasiyası, Biznes Marketinq Asossasiyası, Direct Marketinq Asossasiyasının üzvüdür.

2020-ci ildə startup kimi qurulan “Speak.az” Online Xarici dil öyrənmə platformasının qurucusudur.

2018-ci ilin oktyabr ayında UNEC-in Karyera Mərkəzinin direktoru vəzifəsinə təyin olunub.

Şəxsi loqotipi: