Koronavirus və istehlakçı davranışından “time-out” dönəmi

COVID-19 pandemiyası dünyada yayılmağa davam etdiyi müddətdə insanların sosial izolasiya davranışlarına keçidi şirkətlər üçün həyəcan təbili çalmaqda davam edir.

COVID-19 pandemiyası dünyada yayılmağa davam etdiyi müddətdə insanların sosial izolasiya davranışlarına keçidi şirkətlər üçün həyəcan təbili çalmaqda davam edir. İstehlakçılar üçün prioritetlər yer dəyişməkdə davam edir və insanlar qeyri-müəyyənlik mühitində yaşamaqda davam edir.

Bəs bu pandemiya müddətində və sonrasında şirkətlər nə etməlidir?

Sualın cavabı isə əksəriyyət üçün yenə “qeyri-müəyyənlik”dir.

Bəzən brend menecmentində B ssenarsinin olmasını vurğulasaq da, görünən odur ki, dünyanın B ssenarisinə qarşılıq heç bir ssenari hələki heç bir fayda vermir. Online alış-veriş və ünvana çatdırılma isə ümumi xidmət çətirinin çox cüzi hissəsidir, şirkətin qazanc göstəricilərindən ciddi pay yaratmır.

Bəs dəyişən mühit hansı marketinq fürsətlərinə imkan yaradır?

Zaman bəşəriyyətin yanında dayanmaq zamanıdır. Sosial fəaliyyətlərə dəstək verərək topluma faydalı marka bağları yaradılmalıdır. Sosial fəaliyyətinin ən incə məqamı isə görüləş işlərdə “satış” niyyətinin olmaması və ya bunun hiss etdirilməməsidir. Bu hər bir halda uzunmüddətli perspektiv üçün nəzərdə tutulan strategiyadır.

İstehlakçı davranışlarında dəyişiklik

Görünən odur ki, insanlar #evdəqal `dıqları zaman yeni davranışlara sahiblənməyə başlayıblar. Kişilər yemək bişirməyə, qadınlar oyun konsulları oynamağa, ailəcə daha çox film seyr etməyə, mütaliə etməyə, heç vaxt baxmadığımız və ağız büzdüyümüz tv verilişlərinə baxmağa başladıq. Sanki basketbol oyununda olduğu kimi “time-out” götürülüb və istehlakçılar öz evlərinə çəkilib fasilə elan ediblər.

Sosial izolasiya digər bir anlamda, insanlara süni intravert aura yaradıb. İnsanlar gəlirlərini ciddi şəkildə qənaətlənməyə keçid edib. Bu marketinq nəzərində ciddi mesajdır – insanların bu davranışa sahiblənməsi sonrakı dövr üçün çətin maneələr yaradacaq. Kortəbii alış-veriş dövrünə dönmək bir qədər zaman alacağı görünür. Bu davranışa dönmək üçün şirkətlərin baş döndürən endirimlər silsiləsi yaradacağı şübhəsizdir. Ən pisi isə odur ki, şirkətlər araşdırma-təkmilləşdirmə işlərinə də ara verib. Bu da yaxın dönəmdə bir üst məhsul və xidmətlər görməyəcəyimizə işarə edir.

Davamı olacaq…

Son yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *