Tibbi Marketinq: Gündəm yaradın!

Bu yazıda nəzərinizə tibbi marketinq sektorunda gündəm yaratmaqdan bəhs edəcəyəm. Güman edirəm hər biriniz istirahət günü səhər televizoru açdıqda bütün kanallarda eyni anda (demək olar ki) tibbi verlişlərin getdiyini görmüsüz. Ən qəribəsi (acınacaqlısı) da odur ki, bu verlişlərdə eyni tibb mərkəzləri maraqsız mövzular apararaq efir vaxtını “zəbt” edirlər. Təbii ki, bu taktikanı marketing strategiyası adlandırmaq olmaz. Çünki, bu taktika nəinki gündəmdə qalmaq, hətta bir müddət sonra (tibb sektorundan daha tez)əks effektini verməyə başlayır. Xalqın dilində işlədilən “yaxşı şeyi reklam eləməzlər” ifadəsi çox təəssüf ki, tibbi reklamlarda çox halda real ifadəyə çevrilir. Misal gətirmək yerinə düşər. “Yaşıl” klinikası (ad şərtidir) efirin həm prime, həm qeyri prime vaxtını zəbt etmişdir. Gecə-gündüz eyni xidmətlərini insanlara çatdırmağa çalışır. Klinika daha çox ailə planlaması üzrə ixtisaslaşmışdır. Bir ay ərzində bu klinikanın müştəri loyallığını araşdırıraq gözlədiyim mənzərəni aldım. Klinikaya gündəlik müraciət edən sayı ≈180 pasient,  bu sayın ilk müraciət sayı ≈91 nəfər, təkrar müraciət sayı ≈12 nəfərdir. Qalan 76 nəfər isə başqa tibb ocaqlarındakı həkimlər tərəfindən göndərişi ilə gələnlərdir. Bu cür nəticə ilə hələ də efirdən düşməmək “cəsarət” tələb edir.

Bəs bu sektorda gündəm yaratmaq və gündəmdə qalmaq üçün nə etmək lazımdır? Aşağıda sadalanacaq bəndlər isə mümkün variantlardan sadəcə bir neçəsidir.

1.  Mümkün qədər dar ixtisasa hədəflənin.

Geniş profilli tibb mərkəziniz ola bilər. Amma o standart xidmətlərinizin marketinqinə çox vaxt aparmağınızın müqabilində az gəlir  əldə edəcəyiniz açıqdır. Bəzən nəzərdən qaçan elə dar ixtisaslar vardır ki, onlara tələbat digərlərindən nisbətən az, amma çox gəlir gətirən və ən əsası tanıtımına çox az vaxt tələb olunur. Məhz, bu cür ixtisaslarınızı tanıtmaqla həm bazarda mövqeylənməniz güclənir, həm də gündəm yarada bilərsiniz.

2.  Pasientlərinizə gözlənməyən jest edin – Buzz Effekti

Endirim istənilən pasientin üzünü güldürəcək jestdir. Amma bu ilk öncə Maliyyə Departamenti ilə müzakirə edilməlidir. Maliyyə analitiki mümkün endirim faizini araşdırıqdan sonra Qeydiyyat Şöbəsi mümkün endirim dərəcəsi barədə təlimatlandırılır. Bu halda qeydiyyatçıların psixoloji təlimi çox önəmlidir. Endirim və ya özəl təklifi hər kəsə şamil edilməsi jestin qeyri-ciddiliyinə dəlalət edir. Buna görə qeydiyyatçı müsbət əks effektinə əmin olacağı (40% əminlik dərəcəsi yetərlidir) pasientə gözləmədiyi halda (minnət qoymadan) endirimi edir. Daha yaxşı olardır ki, qeydiyyatın önündə xidmət haqları əks etdirən buklet olsun ki, pasient həqiqətən endirim aldığına – ona həqiqətən fərqli yanaşıldığına əmin olsun. Nəzərdə saxlamaq lazımdır ki, ümumi müayinə paketinə (check up) gələnlər istisna olmaqla, hər kəs səhhətindəki problemə görə məcbur gəlmiş və ona maliyyə cəhətdən münasib problemini həll edəcək hər bir jest Buzz effekti yaradacaqdır.

3.  Mediada təmsil olunun – bezdirici olmayın!

Tibb sektorunda əsas reklam vasitələrinin effektivlik dərəcəsi aşağıdakı kimi sıralanır:

1.      Televiziya

2.      Radio

3.      Metro reklamı

4.      WEB/ Sosial şəbəkə

5.      SMS bildiriş

6.      Küçə reklamı

7.      Jurnal, qəzet və digər bu tipli yerlərdə reklam

8.      Digər bilmədiyim vasitələr

Bu reklam vasitələrinin hamısında təmsil olunma vacib deyildir. Amma işinizin inkişafı üçün ilk sıralardakı reklam vasitəklərindən istifadə etməyiniz gərəkdir. Televiziyada istər reklam çarxı olsun, istərsə də çıxış olsun, yetər ki, həftəlik və dəyişilməyən bir vaxtda efirdə olun. Tibb reklamın effektivliyi 7-10 gün arasında dəyişilir ki, bu müddətdən sonra hədəf kütlənizə növbəti səslənmənizi etməlisiniz. İşin sirri çağırışdadır. İl boyu hər həftənin eyni günü ümumi klinikanızdan danışmanız – fəlakətdir! Amma 3000-ə yaxın laborator xidmətlərinizi hər həftə beşi barədə, lakin dolayı yolla anlatmağınız – bax bu başqa məsələ! Laborator xidmətinizi – xəstəliyi izah edərək və tək çarəsinin bu analizdən sonra bilinəcəyini insanlara çatdırın. O laborator analizin təkcə Sizdə olduğunu deməyə ehtiyac yoxdur, çünki bu informasiya şüuraltı (tək çarəm bu klinika) olaraq hədəfə çatmışdır.

davamı olacaq…

Son yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *