Tibbi marketinq: işin çətin tərəfi

Ölkədə tibb sektorunda ciddi dəyişikliklərin olunduğu göz qabağındadır. Belə ki, zamanla dövlət tibb ocaqlarının prioretetini özəl tibb mərkəzləri tutmağa başlayıb. Bu da sektora olan kommersiya maraqlarını daha da artmasına gətirib çıxardı. Xidmət sektoruna aid edilən tibb, əslində olduqca həssas və gərgin iş prosesi aparılan bir sahədir. Hal-hazırda Azərbaycanda rəsmi qeydiyyata alınmış özəl tibb mərkəzləri sayı – 512! (http://sehiyye.gov.az/ozel_sehiyye_muessiselerinin_siyahisi.html) Mütləqdir ki, məhz bu 512 oyunçusunun olduğu bazarda “bənövşəyi inək” olmaq üçün hər cür marketinq tədbiri görülsün. Bu yazıda tibb mərkəzinin marketinqinin aparılmasından deyil, məhz bu fəaliyyəti aparmaq üçün qarşıya çıxan çətinliklərdən bir qismi nəzərinizə çatdırılacaqdır.

1. Sağlamlıq – Ağızdan ağıza marketing (WOMM)

İşin çətin tərəfinin ilki –  xidmətdəki qüsursuzluqdur. Restoranda, mağazada, avtomobil servisində edilə bilən hər hansı qüsur –bağışlana biləndir (əksər hallarda). Amma tibbə gəldikdə bu bir az fərqlidir. İşçilər xidmətdə səhv edə bilməz. Çünki, burada pasientin sağlamlığı üzərində xidmət göstərilir. “İnsandır, səhv edə bilər” deyirsinizsə, o zaman bu səhvin arxasınca nələrin gəldiyini sadalamaqda yarar vardır:

– həkimin reputasiyası aşağı düşür

– klinikanın brendi zəifləyir

– ağızdan ağıza yayılan marketinq vasitəsilə insanların etibarı/loyallığı azalır

Onu qeyd edim ki, sadalanan halların baş verdikdən sonra etibarın yenidən bərpası olduqca uzun və çətin bir yolun başlaması deməkdir. Bir sirr açım ki, əksər tibb mərkəzlərində cərrahiyyə bölməsinin olmamasına əsas səbəb də məhz budur. Çünki, cərrahiyyə proseduru ağırlıq dərəcəsindən asılı olmadan 50% uğursuzluqla bitmə riski vardır ki, bu da yuxarıdakı halların baş verməsinə səbəb ola bilər.

2. Geniş profilli rəqiblərin çoxluğu

Rəqibin olması gözəl əlamətdir. Lakin, eyni profilli rəqiblərin eyni bazarda olması bəzən marketinq ideyalarının həyata keçirilməsini mümkünsüz edir. Məsələn, hər hansı bir xüsusi tibbi xidmət göstərdiyinizi televiziyada göstərmək istəyirsiz. Amma hansı kanala müraciət edirsinizsə, bütün efir vaxtlarının digər klinikalar tərəfindən tutulduğunu, ən pis halda isə illik rezervasiya olunduğu cavabını alırsız. Alternativ variantlar isə az effektli olduğunu bilə-bilə yenə də bu yola getmək məcburiyyətində qalırsınız.

3. Yaradıcı ideya > Biznesmen

İşin digər çətin tərəfi biznesmenin dərhal effekt görmə və qazanc əldəetmək istəyidr. Tibb marketinqin uğur dərəcəsinin spesifik xarakteri vardır. Burda həayata keçirilən marketinq taktikası effektini digər sahələrə nisbətən daha gec, lakin uzun müddət loyallıq yaratmaqla verir. Lakin, bəzi tibb mərkəzləri rəhbərləri bunu qəbul etmək istəmədəyi üçün bu zaman marketinq şöbəsinin yaradıcılıq fokusu daha da darlaşaraq, promo aksiya, media civarında baş turur. Amma digər tərəfdən də qeyd edək ki, biznesmen tərəfdən də məsələ başa düşüləndir. Belə ki, tibb sektoru böyük sərmayə tələb edən sahədir və risk indeksi yüksəkdir.

davamı olacaq…

Son yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *